Boşanmaq evlənmək qədər həssas bir mövzudur.
Boşanma iddiası qaldırmamışdan əvvəl boşanma haqqında ciddi düşünmək, boşanmaya qərar verməmişdən əvvəl əmin olmaq, boşanandan sonra sizin üçün həyat daha yaxşı olacağını və sizi xoşbəxt edəcəyini düşünürsinizsə o zaman boşanma iddiası qaldıra bilərsiz. Əgər içinizdə şübhəniz varsa o şübhələriniz yox olana kimi boşanmamağı tövsiyyə edirəm.
Boşanma iddiası necə qaldırılır və lazım olan sənədlər hansılardır? – Ər və arvaddan hər hansı biri tərəfindən nikahın pozulması üçün məhkəməyə müraciət edə bilər. Bunun üçün lazım olan sənədlər: iddia ərizəsi; dövlət rüsumunun ödənilməsinə dair qəbz; nigah haqqında şəhadətnamə; şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti; cavabdehin şəxsiyyət vəsiqəsinin surəti və yaxud MAPS arayışı.