All for Joomla All for Webmasters
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
  • vekil mesleheti
  • Boşanma zamanı azyaşlı uşaq kimin himayəsində qalır?

    Boşanma zamanı azyaşlı uşaq kimin himayəsində qalır? – Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

    bosanma zamani azyasli usaq kimin himayəsində qalir

    Uşaq əksər hallarda ananın yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. 10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, iş rejimini nəzərə almaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır.

    bosanma zamani azyasli usaq kimin himayəsində qalir

    BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Qeyd edilən müstəsna hallarda uşaq atasının yanında saxlanıla bilər.

    bosanma zamani azyasli usaq kimin himayəsində qalir

    Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalması tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir. Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.

     

     

     

    Leave a Reply