All for Joomla All for Webmasters
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
  • vekil mesleheti
  • Hansı halda ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzi ödənilir?

    hansi-halda-aile-bascisinin-olumu-neticesinde-zerer-cekmis-sexslere-zererin-evezi-odenilir

    Hansı halda ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzi ödənilir?

     

    Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

    Ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

    Şəxsin ölümündən sonra doğulmuş uşağı;

    hansi halda aile bascisinin olumu neticesinde zerer cekmis sexslere zererin evezi odenilir

    Ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü – əmək qabiliyyətindən asılı olmayaraq;

    Ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

    İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlәrdәn biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

    Zərərin əvəzi aşağıdakılara ödənilir:

    Yetkinlik yaşına çatmayanlara – on səkkiz yaşına çatanadək;

    hansi halda aile bascisinin olumu neticesinde zerer cekmis sexslere zererin evezi odenilir

    On səkkiz yaşından yuxarı tələbələrə – əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;

    Əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə – ömürlük;

    Əlillərə – əlillik müddəti üçün;

    Ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə – qulluq etdikləri on dörd yaşına çatanadək.

    Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.

    hansi halda aile bascisinin olumu neticesinde zerer cekmis sexslere zererin evezi odenilir

    Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

    Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır:

    Ailə başçısı öldükdən sonra uşaq doğulması;

    Ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi.

    Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.

     

    Leave a Reply