All for Joomla All for Webmasters
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
  • vekil mesleheti
  • Məhkumluq hansı hallarda ödənilmiş hesab olunur?

    mehkumluq

    Məhkumluq hansı hallarda ödənilmiş hesab olunur?

    mulkiyyət huququnun itirilməsi novləri

    Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

    Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. Aşağıdakı hallarda:

    mulkiyyət huququnun itirilməsi novləri

    1. a) şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;
    2. b) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
    3. c) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;

    ç) ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

    mulkiyyət huququnun itirilməsi novləri

    1. d) xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

    Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

    Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.

    Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

     

     

     

     

     

    Leave a Reply