All for Joomla All for Webmasters
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
  • vekil mesleheti
  • Mülkiyyət hüququnun itirilməsi növləri

    mulkiyyet huququnun itirilmesi novleri

    Mülkiyyət hüququnun itirilməsi növləri

    mulkiyyet huququnun itirilmesi novleri

    Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

    Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.

    Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:

    mulkiyyet huququnun itirilmesi novleri

    1. a) öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
    2. b) qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
    3. c) sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

    ç) təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

    1. d) rekvizisiya;
    2. e) müsadirə.

    Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.

    mulkiyyet huququnun itirilmesi novleri

    Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

     

     

    Leave a Reply