Nigah nə zaman pozulur? – İddia ərizəsi məhkəməyə verilir və məhkəmə iddia ərizəsini qəbul etdikdə boşanma prosesi başlayır. Birinci məhkəmə prosesi zamanı tərəflərlə tanışlıq olur.
İkinci prosesdə hər iki tərəf dinlənilir və onların qərarı öyrənilir. Əgər hər iki tərəf nigahın pozulmasına razıdırlarsa bu zaman məhkəmə qaydasında nigah ləğv olunur. Əgər tərəflərdən birinin nigahın pozulması haqqında razılığı olmadıqda isə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salır.
3 ay müddətində barışıq olmadıqda və ya onlar (onlardan biri) nigahın pozulmasında təkid etdikdə nigah məhkəmə qaydasında pozulur.