All for Joomla All for Webmasters
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
(055) 777-11-23 (070) 777-11-23 B.E - Ş 09:00 - 17:00 Xətai r-n. Nobel prospekti 23, AMAY T/M, 6-cı mərtəbə.
  • vekil mesleheti
  • Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi hansılardır?

    torpagin alinmasi

    Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi hansılardır?

             torpagin alinmasi barede qerarin huquqi quvvesi hansilardir

    Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən, həmin torpaq alınan torpaq kimi tanınır.

    Alınan torpaqda yaşayan və ya ondan istifadə edən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir.

    Alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır.

    Köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır.

    torpagin alinmasi barede qerarin huquqi quvvesi hansilardir

    Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədi ilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır.

    Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslərə və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır.

    Alan orqan kompensasiyanın ödənilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır.

    torpagin alinmasi barede qerarin huquqi quvvesi hansilardir

    Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.

    Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.

    Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsini daşıyır.

     

    Leave a Reply